Qaynana kürəkəni ilə cinsi əlaqədə oldu, qan düşdü: “Qorxduğum üçün razılaşdım” – FOTOLAR

Ankarada anası ilə bacısının həyat yoldaşının sevgi münasibəti yaşadığını öyrənən oğulun reaksiyası ailə faciəsinə səbəb olub.

Sözügedən qeyri-rəsmi münasibətin ortaya çıxması ilə baş verən mübahisədə qızın həyat yoldaşı gəlinin dayısını öldürüb. Hadisəlinin şok detalları isə belədir:

Mesajlardan bilib

Minval.İnfo Türkiyə mediasına istinadən xəbər verir ki, keçən ilin fevral ayında kürəkən Sərdar İrfan iki ay əvvəl ərini itirən qaynanası Yetər Başaran ilə münasibətə başlayıb. Yetərin oğlu Hakan Başaran yeznəsi və anasının hərəkətlərindən şübhələnərək onların “facebook” mesajlarını yoxlayıb və ikilinin çox səmimi münasibətinin olduğunu anlayıb.

Bundan sonra ailədə dava düşüb və qaynanası ilə eşq yaşayan Sərdar evdən qaçıb, amma iki ay sonra geri qayıdıb. Martın 26-sı Hakan yeznəsinin evə qayıtdığını öyrənib. Bundan sonra Hakan dayısı Yusif ilə birlikdə bıçaqla Sərdara hücum edib. Çıxan münaqişə zamanı yeznə Sərdar üstündə gəzdirdiyi silahla atəş açıb. Ağır yaralanan dayı Yusif həyatını itirib.

“İkinizi də öldürəcəyəm”

Sərdar İrfan “qəsdən adam öldürmək”, atası Qasım İrfan “Silahla yaralamağa təşəbbüs”, qayın Hakan Başaran haqqında isə “yaralamaq” maddələri ilə Ankara 7-ci Ağır Cinayətlər Məhkəməsində cinayət işi açılıb.

Sərdar məhkəmədə verdiyi ifadəsində qısaca bunları deyib:

“2017-ci ilin fevral ayında qaynanam Yetər ilə özünün də razılığı ilə münasibətə başladıq. Bir gün evdə olanda Yetər zəng etdi və Hakanın bütün mesajlarımızı gördüyünü, bizi öldürəcəyini dedi.

Hakan mənə zəng edərək, “Hardasansa gözlə, gələcəm, öldürəcəm ikiniz də” deyərək hədələdi. Mən həyat yoldaşıma vəziyyəti izah etdim, evdən çıxdım. İki ay ortalarda görünmədim. Sonra həyat yoldaşım mənə zəng etdi, uşağımızın mənim üçün darıxdığını dedi. Buna görə də evə qayıtdım.

26 mart tarixində atam evin qarşısında maşınını yuyurdu. Mən də bu işdə ona kömək edirdim. Məgər həyat yoldaşımın ailəsi qarşı binada bizi izləyirmiş. Hakan və dayısı Yusifin üstümə gəldiklərini gördüm. Ölüm hədələri aldığım üçün üstümdə gəzdirdiyim silaha əl atdım”.

“Anam çox xoşbəxt idi”

Gəlin Sərab İrfan məhkəmədəki ifadəsinə ərinin və anasının münasibətə başladıqdan sonra səhər yeməyi üçün yanına onlara gəldiyini deyib:

“Anam səhər yeməyinə gələndə çox xoşbəxt görünürdü. Mən xoşbəxt olmasına təəccübləndim. Çünki atam 2 ay əvvəl rəhmətə getmişdi. Səhəri gün ərim anama özünü necə hiss edirsən deyə mesajlar atıb. Anam isə çox yaxşı hiss etdiyini, atam ilə yaşamadıqlarını, onunla yaşadığını yazıb. Qardaşım mesajları oxuduqdan sonra mənə zəng etdi. Həyat yoldaşımın anamla cinsi əlaqəyə girdiyini deyərək onu öldürəcəyini ifadə etdi. Ərimə vəziyyəti izah edib getməyini dedim. Anama zəng etdim, münasibətdə olduqlarını qəbul etdi”.

Qaynana Yetər Başaran isə məhkəməyə ifadəsində yaşadıqlarını qısaca belə danışıb:

“Kürəkənim Sərdar ölməzdən əvvəl ərimin istifadə etdiyi, sonra mənim istifadə etməyə başladığım “facebook” hesabına mesajlar atmağa başladı. Mesajlarda mənə “Sən heç gün üzü görmədin, ad günlərini qeyd edək, birlikdə gəzək, əylənək” dedi. Mən də bu yazdıqlarının səhv olduğunu özünə dedim. Səhəri gün Sərdar oxşar məzmunlu mesajlar göndərməyə başladı. Mən də qarşılıq verdim. Söhbətimiz erotik məzmunlu idi, cinsi əlaqəyə girmək mövzusunda razılaşdıq. Sərdar səhəri gün evdə heç kim olmayanda yanıma gəldi, ona səhv etdiyimizi dedim”.

Zorlama yoxdur

“Qızımı sevmədiyini, qızımla evli olduğu halda mənimlə də münasibətini qoruya biləcəyini dedi. Mən yenə qarşı çıxdım. Mənə “mənimlə cinsi əlaqədə olmasan, qızına da, oğluna da zərər verəcəm” dedi.

Sərdarın davamlı üstündə silah daşıması səbəbi ilə oğluma və qızıma zərər verməsindən qorxduğum üçün əlaqədə olmağı qəbul etdim. Sərdar cinsi əlaqədən əvvəl və sonra heç bir şiddətdən istifadə etməyib. Səhəri gün Sərdar mənə mesaj yazdı. Mesajlarda yenə cini əlaqə yaşadığımızla bağlı şeylər var idi. Daha sonra oğlum mənə zəng vurdu və “mən gəlirəm, evdən çıxma” dedi. Bacım bunun üstünə tez bizə gəldi. Mənə oğlumun kürəkənim ilə aramızda keçən mesajları gördüyünü, çox əsəbi olduğunu deyərək evi tərk etməyimi məsləhət gördü”.

Fərid / minval.info

Dünya

Nəşr edilib: 2018/04/05 19:56

Baxış: 6023


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06