Qaynata gəlinin əlindən nəvələrini almaq istədi – Efirdə biabır oldu (VİDEO)
“Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan, son günlərin ən çox izlənilən verilişlərindən biri olan “Gəl dərdini danış” proqramında qəribə hadisə yaşanıb.
Minval.info xəbər verir ki, Ucar rayonundan verilişə gələn şikayətçi Rafiq bəy keçmiş gəlinindən nəvələrini tələb edib. O bildirib ki, gəlini ruhi xəstədir, uşaqlar onda qala bilməz.
Rafiq bəyin danışığı zamanı müəmmalı məqamlar ortaya çıxıb. Teleaparıcı Amil Xəlil qarşı tərəfi telefonla söhbətə qoşub. Gəlinin açıqlamaları qonaqlarla bərabər aparıcını da təəccübləndirib. Sən demə Rafiq bəyin oğlu, gəlinin keçmiş həyat yoldaşı evli ola-ola başqa qadından uşağa sahib olub. Açılan sirlər ortalığı bir az qarışdırsa da, məsələyə hüquqşünas nöqtə qoyub.
Ardınca bacısı tərəfindən aldadılan qardaşın şikayəti dinlənilib. Qardaşı pis vəziyyətə salan bacının əməlləri hər kəsin hiddətinə səbəb olub..
Verilişi tam olaraq sizə təqdim edirik…
Minval.info


