Qazax sakini həmyerlisini bıçaqladı

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə “Minval.info”-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
2005-ci il təvəllüdlü Musayev Əlövsət Dilqəm oğlu həmyerlisi Nəsibov Nicat İrşad oğlunu bıçaqlayıb.
O, xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

