Qazaxda məktəbli çayda boğulub

Qazaxda Ağstafaçayda məktəbli boğulub.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Sonradan uşaqlardan biri itib.
Çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb.
Aparılan axtarış nəticəsində yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb.



XƏBƏR LENTİ
2025/11/19 14:22

