Qırğızıstan sərhəddə Özbəkistana aparan gizli tunel aşkarlandı
Qırğızıstanın xüsusi xidmət orqanları Özbəkistan ərazisinə kimi uzanan daha bir gizli yeraltı tunel aşkarlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik xidməti məlumat verib.
Bildirilib ki, Özbəkistanla sərhədə yaxın kontrabanda üçün istifadə olunan daha bir gizli tunel tapılıb.
İlkin məlumata görə, tuneli hər iki ölkənin sərhədyanı ərazilərinin yerli sakinləri tikib. Bu tuneldən valyuta və kontraband məhsulları mübadiləsi üçün istifadə olunub.
Yerli sakinlərdən bir çoxu artıq öz günahlarını etiraf edərək, dövlət təhlükəsizlik xidməti ilə əməkdaşlığa razı olublar.
Bu tunel ilk belə tunel deyil, mayın sonunda belə bir tunel sərhədə yaxın psixi xəstə kişinin evinin altından da tapılmışdı. O tunelin uzunluğu 270 metr idi. Tunellərin hündürlüyü adam boyu uzunluqdadır.

