Qış Olimpiya Oyunlarından yadda qalanlar: “Gözəllər ordusu”, paltarı cırılan, sevgilisi ilə öpüşən… – FOTOLAR
Cənubi Koreyanın Pyeong Chang şəhərində keçirilən 2018 Qış Olimpiya Oyunları 25 fevralda yekunlaşdı.
Olimpiya Oyunları ağlayanlara, sevincini öpüşərək ifadə edənlərə, dopinq almadığı ilə bağlı köynək geyinib sonra dopinq aldığı məlum olanlara şahid oldu.
Minval.info 2018 Qış Olimpiya Oyunlarından yadda qalanları təqdim edir.
Son anda oyunlarda iştirak etmək qərarı alan Şimali Koreya az sayda idmançı və çox sayda “Ponpon qız”la gəldi. İdmançıları dəstəkləmək məqsədi güdən “Gözəllər ordusu” adlı rəqs qrupu 239 qızdan ibarətdir.
Oyunlara fiqurlu kanki sürmə üzrə qatılan hollandiyalı idmançının hərəkəti böyük qalmaqala səbəb oldu. İkinci olan hollandiyalı idmançı yarışı ondan öncə bitirən Cənubi koreyalı idmançıya təhqiramiz məna verən əl işarəsi göstərdi.
Olimpiya bayrağı altında heç bir ölkəni təmsil etmədən yarışan rus əsilli Nadejda Sergeyevanın dopinq istifadə etdiyi aşkarlandı. “Mən dopinq etmərəm” yazılı köynəyi ilə diqqət çəkən Nadejda diskvalifikasiya edilib.
Sözsüz ki, oyunların ən yadda qalan məqamı birdən meydançaya atılan yarıçılpaq kişi oldu. Bədəninə sülh və sevgi yazan şəxs buz üzərində rəqs etməyə çalışan zaman yıxılıb. Böyük Britaniya vətəndaşı olan Mark Robertsin daha əvvəl 22 ölkədə də birdən-birə yarış meydançasına atıldığı məlum olub.
Fransanı təmsil edən idmançılar meydanda fiqurlarını göstərərkən Qabriella Papadakisin paltarı cırılıb.
Xizəklə hoppanmaqda qızıl medal qazanan Polşa təmsilçisi sevincini öz həyat yoldaşını öpərək yaşayıb.
Sevincini sevgilisi ilə bölüşən digər bir idmançı isə Amerika xizəkçisi Gus Kenvorsi olub.
Norveçli idmançı Robert Cohansonun bığları da diqqət cəlb edib.
Türkiyə təmsilçilərinin də uğurlarından çox paltarları müzakirə edilib. “Reuters” yazısında idmançıların qapalı paltarını çox mühafizəkar adlandırıb.
Dəniz Kərimzadə
Minval.İnfo










