Qızı üçün qəyyumluqdan çəkilir

Müğənni Zayn Malik sevgilisi, məşhur model Cici Hadidin anası İlondanı vurduqdan sonra cütlük ayrılıq qərarı alıb.
MİNVAL.İNFO xarici mediaya istinadən verir ki, məişət zorakılığında ittiham edilən ifaçı etdiyi əməli boynuna alıb. Məhkəmə tərəfindən 360 günlük sınaq müddəti təyin olunan və cərimə edilən Zayn qızının qəyyumluq davasında çəkişmə yaşamaqdan yayınmaq istəyib.
Bildirilib ki, hadisədən sonra musiqiçi ailəsinin gələcəyi üçün son dərəcə narahatdır və körpənin himayəsi ilə bağlı məsələlərin sülh yolu ilə həllini gözləyir. Eyni zamanda, Cicinin də ifaçının qızının tərbiyəsində rol oynamasına qarşı olmadığı qeyd olunub.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

