Qızıl-gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, aprelin 2-də qızılın qiyməti aprelin 1-i ilə müqayisədə 11,747 manat azalaraq 1 unsiya üçün 2186,234 manat təşkil edib.
Gümüş 0,1665 manat ucuzlaşaraq 1 unsiya üçün 25,5967 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 5,865 manat azalaraq 1443,725 manat, palladiumun qiyməti isə 56,117 manat artaraq 2409,58 manat təşkil edib.
| Ad | 02.04.2019 | 01.04.2019 | |
| Qızıl | XAU | 2186,234 | 2197,981 |
| Gümüş | XAG | 25,5967 | 25,7632 |
| Platin | XPT | 1443,725 | 1449,59 |
| Palladium | XPD | 2409,58 | 2353,463 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

