“Qızım bağlı da geyinə bilər, qısa da” – “Eurovision” təmsilçimizin anası – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişinin bu dəfə ki, qonağı keçmiş “Eurovision” təmsilçimiz Səmra Rəhimlinin anası İlhahə Baxşıyeva olub.
Minval.İnfo xəbər verir ki, Səmranın anası qızının geyim tərzləri ilə bağlı təhqiramiz ifadələr səsləndirənlərə cavab verib:
“Səmranın “Eurovision” mahnı müsabiqəsində qırmızı xalıda geyindiyi bütün paltarlar müzakirə olundu. Hər şey yazıldı. Başa düşürəm. Amma o mühit onu, o cür geyimi tələb edirdi. İslam oyunlarında Səmranın geyimini hamı gördü. Deməli yeri gələndə, lazım olanda bağlı da geyinəcək, qısa da geyinəcək. Baxır janıra, baxır hansı səhnədədir, harada oxuyur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

