“Qızım Kristinanın fanatı idi deyə onu verilişimə gətirdim” – Acun
TV8 kanalının rəhbəri Acun Ilıcalı daha bir açıqlaması ilə gündəm olub.
“MediaPost” xəbər verir ki, bundan öncə kiçik qızı Melisa “Sihirli annem”in köhnə bölümlərinə baxır deyə serialın yeni versiyasını çəkdirən aparıcı bu dəfə böyük qızı ilə bağlı maraqlı açıqlama verib.
“Böyük qızım Banu Kristina Aqileranın fanatı idi. Otağı onun posterləri ilə dolu idi. “Var mısın, yok musun” verilişinə ilk qonaq kimi bir günlüyünə Kristina Aqileranı Türkiyəyə gətirdim. Qızımla vaxt keçirdi, mahnı oxudu və getdi. Mən o xoşbəxtliyi yaşamış bir atayam”, – deyə Acun bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

