“Qızıma təcavüz edib” deyərək günahsız adamı öldürüb – Dəhşətli ailə dramı – FOTOLAR, VİDEO

Kabusları bitmir… Ata üsyan etdi!

Türkiyənin Adana şəhərində bir qıza təcavüz etdiyi iddiası ilə qızın atası tərəfindən öldürülən gəncin atası Əli Yıldırım, “Əvvəlcə oğlumun təcavüz etmədiyi ortaya çıxdı, sonra qız özünə təcavüz edənin adını verdi, amma bunlar oğlumu geri qaytarmayacaq. Həyat yoldaşımın beyin kiçilməsi irəlilədi, daha hərəkət edə bilmir, mən də işdən qovuldum” deyərək üsyan edib. Ata və ana oğlunun paltarlarını öpüb göz yaşlarına boğulub.

Minval.İnfo xəbər verir ki, ötən ilin avqust ayında qızını hamilə qoyduğu iddiası ilə Məhəmməd Rəşid Yıldırımı öldürən Əmrah B, “13 yaşlı qızıma təcavüz etdi. Mən bu cinayəti başqa qızların başına gəlməsin deyə etdim” demişdi.

Həbs olunan Əmrah B.-nin işinə baxıldığı vaxt Adana Kriminal Polis Laboratoriyasından gələn açıqlamada öldürülən gəncin uşağın atası olmadığı üzə çıxmış, Məhəmməd Rəşid Yıdırımdan alınan nümunələr də bunu sübut edib.  Beləliklə abort edilən uşağın atasının Yıldırım olmadığı ortaya çıxıb.

Öz yaxın qohumu olan M. Ç-dan hamilə qaldığını deyən F.N.B., “Öldürülən Məhəmməd ilə cinsi əlaqəyə girməmişəm. Atamdan qorxduğum üçün bunu demədim, üzr istəyirəm, peşmanam” deyib. Qeyd edək ki, 15 yaşlı qız 2 ildən sonra həbs olunub.

“Oğlum torpağın altında yatır, qalan hər şey yalandır”

‘Kızıma tecavüz etti’ deyip öldürmüştü! Acı gerçek ortaya çıktı

Uşaqları böhtan atıldığı üçün öldürülən ata Əli və ana Fatma Yıldırım isə pərişan olublar. Fatma xanımın xəstəliyi birdən irəliləməyə başlayıb. Ayaqda çətinliklə dayanan, ürəyi yara ana danışmağa çətinlik çəkir, üstəlik heç bir iş də görə bilmir. Ana və ata uşaqlarının otağına şəkillərini və paltarlarını qoyub öpüb-qoxlayır, elə bununla da təsəlli tapırlar. Ata Yıldırım həm həyat yoldaşına və digər uşaqlarına baxmaq, həm də çıxan şayiələrdən dolayı işini tərk etmək məcburiyyətində qalıb.

“Qızın üzr istəməyi bundan sonra nəyi dəyişər ki?!”

Ata Yıldırım məhkəmədə hər şeyin ortaya çıxdığını qeyd edərək “Bizim də təxmin etdiyimiz kimi qızın öz qohumu tərəfindən təcavüzə məruz qaldığı aydın oldu. Övladımızın bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Ona böhtan atdılar və bunun nəticəsi kimi oğlumuzu itirdik. Qızla sevgili olmayıb, heç üz-üzə də gəlməyib, sadəcə məlum hadisədən sonra qız özünü təmizə çıxartmaq üçün oğluma mesaj yazıb, sonra da atasına danışıb oğlumun ölümünə səbəb olub” deyib.

Qızın onlardan üzr istədiyini deyən Yıldırım sözlərinə belə davam edib: “Qız bizdən üzr istədi, amma bu saatdan sonra nə faydası var? Mənim uşağımı qəbirdən çıxardıb gətirə bilməyəcək. Üzr istəsə nə dəyişəcək? Cavan oğlumun ölümünə səbəb oldu, indi istəsə də onu geri gətirə bilməz. Günahsız yerə oğlum öldü və indi mən çox pis vəziyyətdəyəm, bu müddət ərzində 8 ay işsiz qaldım. Hamı necə olduğunu soruşurdu, mən də bunu həzm edə bilmədiyim üçün işdən çıxdım. Qızdan və anasından şikayətçiyik. Qatil də etiraf etdi ki, onu buna qızı və həyat yoldaşı məcbur edib. Öz ailəsini sorğuya çəkmədən gəlib mənim oğlumu öldürdü.

Mənim övladım bu mövzuda heç danışmadı və 16 yaşındakı bir uşağı silah çıxardıb vura bilməzsən. Bu gün 16 yaşında uşağın başına 3 dənə güllə vurub, ondan sonra mən haqlıyam demək…”

Fərid

Minval.İnfo

Kriminal

Nəşr edilib: 2018/04/02 14:26

Baxış: 2110


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06