Qızları tualetdə güdmək istədi – Sonda isə… – FOTO
Alış-veriş mərkəzində qorxunc hadisə…
Kanadada alış-veriş mərkəzlərinin birində baş verən qorxunc hadisə görənləri dəhşətə gətirib. Belə ki, təmizlik üçün tualetə girən xidmətçi qadınlar üçün olan bölmədə divarları arasında asılmış kişi cəsədi tapıb. Polis hadisənin sirrini açmağa çalışır.
Minval.info xəbər verir ki, hadisə ilə bağlı yerli mediaya açıqlama verən polis kiminsə havalandırma borusu ilə sürünərkən düşmüş ola biləcəyini söyləyib.
Polisin təxminlərinə görə, qurban düşəndən sonra divarların arasında sıxışıb qalıb. Hadisə yerinə gələn detektivlər də heç bir şübhəli ünsürə rast gəlməyiblər.
İddia edilir ki, havalandırma borusuna daxil olan şəxs, qızları tualetdə güdmək fikrində imiş. Amma onun bu istəyi ölümü ilə nəticələnib.
Minval.info


