Qolunda dövmə olduğu üçün bıçaqladılar – FOTO
Türkiyənin Qaraman şəhərində bir vətəndaşı tatusuna görə döyüblər.
Minval.info xəbər verir ki, özü tatu ustası olan Barış Aybar iş yerinin qarşısındakı parkda oturub.
Bu zaman yaxınlaşan 3 nəfər ona sataşmağa başlayıblar. Naməlum 3 şəxsin Aybara “Bədənində niyə dövmə var?” dediyi iddia edilir.
Daha sonra Aybarı ayağındakı tatusunun üzərindən 2 dəfə bıçaqlayıblar. Hadisə yerindən qaçan 3 şəxsin axtarışları davam edir. Zərərçəkmiş isə bir müddət qanlar içində yerdə qalsa da, parkdakıların çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Vəziyyəti qənaətbəxş hesab edilir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

