Qonşu ölkədə müştəri hesaba görə silaha əl atdı – VİDEO

Ankaranın Çankaya mahalında bir əyləncə məkanında atışma baş verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hesab səbəbiylə müştəri ilə əyləncə məkanının işçisi arasında çıxan mübahisə davaya çevrilib.
Davadan sonra çölə çıxan müştəri bir müddət sonra ora qayıdıb və işçini silahla vurub. Yaralanan əyləncə məkanının işçisi xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Silahli müştəri isə hadisə yerindən qaçıb. Kimliyi məlum olmayan şübhəlinin saxlanılması üçün əməliyyat başlanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

