Qonşu ölkədə qadın özünü yanan binadan atdı – VİDEO

Rusiyanın Perm şəhərində ofis mərkəzində güclü yanğın baş verib.
Musavat.com-un məlumatına görə, yanan binada kafe, mağaza, şirkət ofisləri və stomatoloji klinika yerləşir.
Yanğına səbəb qısaqapanma olub. Şahidlərin sözlərinə görə, binada yerləşən rəqs məktəbinin 3 əməkdaşı yanğınsöndürənləri gözləməyərək, özlərini pəncərədən atıblar.
Hadisə nəticəsində xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

