Qoşqar Hacıyevin səhhəti ilə bağlı açıqlama
Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib.
Minval.info xəbər verir ki, bu barədə jurnalist Türkan Məmmədli məlumat yayıb. O bildirib ki, qazi təcili olaraq Hospitala yerləşdirilib:
“Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi hazırda EGE Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri Neyrocərrah Dos. Dr. Özkan Tehli və Anestezioloq-Reanimatoloq Uzm. Dr. Serkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

