Qubad İbadoğlu Azərbaycan xalqını və Prezient İlham Əliyevi təbrik etdi

qubad ibadoğlu ile ilgili görsel sonucuİqtisadçı-alim, ADR Hərəkatının rəhbəri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik ünvanlayıb. 

Minval.info Q.İbadoğlunun təbrikini təqdim edir: “Dünəndən Şuşalı günlərimiz başlayıb, çox qürurlu tarixi anlar yaşayırıq. Azərbaycan tarixində ilk dəfədir ki, Dövlət Bayrağı bayramı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda da qeyd olunacaq. Çox sevincli və qürurluyuq, xüsusilə də Şuşaya görə. Müharibə başlayanda heç kim inanmırdı ki, belə tezliklə Şuşa da daxil olmaqla tarixi ərazilərimiz öz əbədi və əzəli sahibinə – Azərbaycan xalqına qaytarılacaq. Bu tarixi uğurlarda canını hər qarış torpağımız uğrunda fəda etmiş şəhidlərimizin rolu əvəzsizdir. Allah onlara rəhmət eləsin, yaralılara şəfa versin.

Həyatım boyu münasibətlərimdə səmimiliyə, fəaliyyətimdə dürüstlüyə, əqidəmdə saflığa üstünlük vermişəm, düzə düz, əyriyə əyri demişəm. Vətənə olan sevgimdən cəmiyyətin inkişafına münasibətdə müxalif fikirdə və tənqidi mövqedə olmuş, dövlətimiz üçün həlli vacib olan problemlərin həllinə dair müntəzəm olaraq təklif və tövsiyyələrlə çıxış etmişəm. Müharibə başladığı gündən Azərbaycan ordusuna və dövlətinə güvəndiyimi bəyan etmiş, xalqın həmrəyliyinə və birliyinə əsaslanan hakimiyyətin, arxa cəbhənin dəstəyini hiss edən ön cəbhənin uğurlarına daim inanmış, sizlərlə birlikdə qazanılan qələbələrin təbliğatına, paylaşdığımız pozitiv informasiyalarla milli ruhun yüksəldilməsinə xidmət etmişik. Azərbaycan ordusunun Şuşa zəfərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə aşağıdakıları nəzərə alıb, haqq etdiyi təşəkkürümü çatdırmaq istərdim.

Regionda və beynəlxalq səviyyədə olduqca çətin geopolitik vəziyyəti düzgün və vaxtında dəyərləndirərək, işgal altında olan torpaqların azad olunması üçün optimal zamanı seçərək, erməni təcazüvünün qarşını almaq üçün cəsarətli qərar verdiyinə, müstəqil siyasi iradə nümayiş etdirdiyinə, təzyiqlərə baxmayaraq bugünədək prinsiplərindən dönmədiyinə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə ardıcıl və sistemli formada çatdırdığına, ölkə əhalisinin rəyinə önəm verdiyinə və nəzərə aldığına, işğal olunmuş torpaqlarımzın azad olunması sahəsində hərbi rəhbərliyi ağılla və hünərlə icra etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirir, onu Dövlət Bayrağı günü münasibətilə təbrik edirəm.

Ümidvaram ki, bu müharibə Qarabağın sonuncu qarış torpağının azad olunmasına kimi davam edəcək, hər kəsə Azərbaycan ordusunun tam və qəti qələbəsinin sevincini yaşadacaq, torpaqlarımızda on illərlə mövcud olan erməni probleminə birdəfəlik son qoyulacaq. Qarabağ əbədi azadlığına və firavanlığına qovuşacaq”!

Siyasət, Vacib

Nəşr edilib: 2020/11/09 12:09

Baxış: 186


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06