Qubada 1 ton alma oğurlayan 4 nəfər saxlanıldı – Fotolar
Sentyabrın 30-da Qubada Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik alma məhsulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, saxlanılanlar Əliməmmədoba kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayevdir.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsi ilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.






XƏBƏR LENTİ
2025/11/19 14:22

