Qudalar oğurluq etdi, jurnalist üzr istədi, “uşaq başqasındandır, aliment ödəmirəm” dedi – VİDEO
Space TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” layihəsində ötən gün də maraqlı anlar yaşanıb.
Minval.İnfo xəbər verir ki, verilişə müraciət edən qudalar bir birlərini oğurluqda ittiham ediblər. Onların sözlərinə görə övladları ayrılan zaman gəlin və onun atası oğlan evindən oğurluq ediblar. Müəmmalı məqamlardan danışan şikayətçilər qarşı tərəfin cavabını eşidəndən sonra ittihamları daha da artırıblar…
Daha sonra xəstə xanıma intim təklifi edən jurnalist Cavid hər kəsin qarşısında üzr istəyib. O bu hərəkətinin səbəblərini də birbaşa efirdə açıqlayıb.
“Uşaq məndən deyil, boş yerə aliment ödəyirəm” deyən Afiq yenidən efirdə olub. Onun bu məsələsi tibbi analizə yönləndirilib. Afiq “uşaq heç mənə oxşamır, başqasındandır” deyərək məsələyə aydınlıq gətirib.
Bu və digər maraqlı məqamlarla dolu olan verilişi sizə təqdim edirik.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00-dan Space TV-də yayımlanır:

