Qurban bayramında neçə gün iş olmayacaq? – RƏSMİ
Qurban bayramı günündə rəsmi olaraq 2 gün iş olmayacaq.
Minval.İnfo xəbər verir ki, avqust ayının 12 və 13-nə təsadüf edir.
Beləliklə avqust ayının 12-i və 13-ü isə Qurban bayramı münasibətilə qeyri-iş günüdür. Həmin günlər həftənin I və II günlərinə düşür. Bundan əlavə, avqust ayının 10 və 11-i həftənin şənbə və bazarına düşdüyü üçün həmin günlər qeyri-iş günləridir.
Beləliklə də ayın 10, 11, 12 və 13-də (Şənbə, bazar, bazar ertəsi və çərşənbə axşamı) davamlı olaraq 4 gün qeyri-iş günüdür.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

