Qurban Qurbanovun baş məşqçiliyi ilə komandamız növbəti oyununa çıxıb

Antalyanın “Mardan” stadionunda Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilmiş beynəlxalq yoldaşlıq görüşü başa çatıb.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.
Hesabı beşinci dəqiqədə yarımmüdafiəçimiz Riçard Almeyda açıb. O, sərrast penalti zərbəsi ilə topu rəqibin qapısından keçirib.
21-ci dəqiqədə isə hakim komandamızın qapısına penalti təyin edib. Traykovski hesabı bərabərləşdirib.
Milli komanda bundan əvvəl Bakıda Belarusa qarşı keçirdiyi yoldaşlıq matçında məğlub olmuşdu.
XƏBƏR LENTİ
2025/11/19 14:22

