“Qurd Cəbrayıl”ın gerçək TARİXÇƏSİ – FOTOLAR

Əslində, Allahın rizası onu “Əlibaxış oğlu”, xaçpərəstlər “Çyornı”, zindan qanunları “Paxan”, yaşadığı həyatsa “Qurd Cəbrayıl” eləmişdi. Bilirdi, qismətdən artıq yemək olmaz, elədiyin hər əməlin cəzası var. Cahil dövründə cinayətkarlığa qurşansa da, ömrünün axırına kimi ədalətli olmağa çalışmışdı. O, Allahına inanan, taleyin qismətinə boyun əyən adamıydı. Amma…

… Tale ona aman verməmişdi. Südəmər vaxtında anasını itirib ögey ana umuduna yaşamışdı. 9 yaşındasa atasız qalır. Balaca Cəbrayıl nənəsi Fatmanisəyə sığınır.

Bir gün…

…Babası Sonqulu kişi dövrünün ən məşhur dovğa bişirəni sayılırdı. Onun dovğası əlbəəl gəzirdi. “O olmasın, bu olsun” filmindəki bazar səhnəsində “Kəblə Sonqulunun dovğası” ifadəsi yadınızdadır? O elə Cəbrayılın babası Kərbəlayi Sonqulu kişinin dovğasıdır. Baba nəvəsini avaraçılıqdan çəkindirsin deyə, öz yanına götürür, ona bişirdiyi dovğaları satmağı tapşırır. Bir günsə bazar əhli Kərbəlayi Sonquluya şikayət eləyirlər:

– Kəbleyi, səndən çıxmayan iş, deyəsən, dovğaya su qatırsan?

Kərbəlayi Sonqulunun ömrü boyu haramla işi olmamışdı. Kişi əlindəki piyaləyə baxır, barmağını dişləyir: “Bu yetim, deyəsən, doğrudan da haramzadalıq eləyir.”

Nəvəsə babanın hirsi yatana kimi onun gözünə görünməsin deyə, bir müddət qohumlarıgildə qalmaq fikrinə düşür. O vaxt qohumları Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi yeni fabrikin yanında yaşayırdı. Ora rahat gedib- gəlməkdən ötrü kiçik gəmilərdən istifadə olunurdu. Cəbrayıl babasının qorxusundan özünü tərpənməkdə olan gəmilərdən birinə atır…

…Bu bir gün onun həyat işarələrini dəyişir…


Oğlu Xoşqədəm Quliyev:

– Bir gün Yusif Vəliyev dedi, mənə bir rol veriblər- Qurd Cəbrayıl obrazı. Cinayətkar adamdı. Eşitmişəm, sənin atan da həbsdə olub. İstəyirəm, onun hərəkətlərini, danışığını, mimikalarını götürüm. Kinoya çəkiləndə təbii alınsın. Atamı razı salmaq çətin olmadı. 36 il həbsdə olsa da, incəsənəti sevən adamıydı. Yusif Vəliyev bir aya qədər atamın yanında oturub -durdu. Atam hara gedirdi, kimlə görüşürdü, o da yanındaydı. Amma film ekranlara çıxanda atam artıq rəhmətə getmişdi…

O vaxt Yusif Vəliyevin də, Cəbrayıl Baxşıyevin də filmdəki baş qəhrəmanın, əslində, kim olduğundan xəbərləri yoxuydu. Bəlkə də, Elçin Əfəndiyev “Ox kimi bıçaq” povestini yazanda elə Cəbrayıl Baxşıyevin obrazını qələmə alıb. Yazıçı bu obraz haqqında  gerçək  faktları DİN-nin arxivlərindən götürüb.

– O kinodakı hadisələr, həqiqətən, atamın həyatında olub. Kinoda bıçağı milis rəisinin arxasınca atır haa, o hadisə Salyanda baş verib. O vaxt belə bir qanun vardı: kim həbsdə çox yatmışdısa, onu Bakıya buraxmırdılar. Ona görə də bizi Salyana sürgün eləmişdilər. 50-ci illərdə Salyana köçmüşdük, 6 il orda yaşadıq. Atam Salyanda MTS-də gözətçi işləyirdi. Bir gün oranı yoxlamağa gəlirlər,  işləyənlərin kim olduğuyla maraqlanırlar. Atamın adı, soyadı müstəntiqə tanış gəlir. Başlayır atamı araşdırmağa. Sən demə, həmin müstəntiq vaxtilə atamın öldürdüyü milis rəisinin nəvəsidir. Onda atam həmin müstəntiqi vurur. Atamı yenidən tuturlar, biz Bakıya qayıdırıq…

… Həyat işarələrinin dəyişdiyi gün. Gəmi onu qohumlarıgilə yox, yad bir məmləkətə gətirib çıxarmışdı. Demə, çaşıb Həştərxana gedən gəmiyə minibmiş.

– Atam orda ağlayır, özünü öldürür ki, məni Bakıya qaytarın. Amma tale elə gətirir ki, qayıda bilmir. Axırda Ravil adlı bir tatar onu oğulluğa götürür. Sən demə, bu kişi varlı-hallı bir adammış, amma övladı yoxmuş. Düz 17 yaşına qədər Ravil kişiylə arvadı Qaliya atamı öz balaları kimi baxıb böyüdürlər. Evin təsərrüfatını, ailəyə məxsus olan qənd fabriklərinin önəmli işlərini ona tapşırırlar. Atam da onların inamını doğrultmaqdan ötrü əlindən gələni eləyir.

17 yaşında bir cinayətin şahidi olur. Fabrikə gedirmiş, yolu qəbiristanlıqdan düşür. Görür, arxadan iki atlı gəlir. Qorxusundan bir köhnə qəbrin arxasında gizlənir. Atlılar ondan 5-10 metr kənarda atdan düşürlər, sonra bir çala qazırlar. İri bir çuvalı həmin çalada basdırırlar. Atlılar gedən kimi atam ora yaxınlaşır, çalanı qazır. Çuvalın ağzını açanda  boynunun kökünə bıçaq saplanmış bir qızın meyidini görür.  Atam bıçağı çəkib çıxarır. Elə o anda qan onun üst-başına fışqırır, birdən qız başlayır tərpənməyə. Atam qorxudan huşunu itirir. Bir də xəstəxanada ayılır.

Artıq ömrünün ilk “dopros”ları başlamışdı. Qanun qarşısında cavab verməli, günahsız olduğunu sübuta yetirməliydi. Yaxşı ki, qız sağ qalmışdı, bir neçə gün sonra onları xəstəxanada üzləşdirirlər. Qızın gözəlliyi gənc Cəbrayılın ağlını başından alır. Onlar nəzarət altında 15 dəqiqə söhbət eləyirlər. Qız “bu oğlan mənim həyatımı xilas edib, ondan əl çəkin” – deyir.
Günlər keçir, Cəbrayıl qızı –Yasəməni unuda bilmir. Bir gün onunla yenidən görüşür. Sən demə, Yasəmən də Cəbrayıla vurulubmuş. Qız başına gələnləri Cəbrayıla danışır.

– Yasəmən varlı-hallı bir kişinin qızıymış. Onu öldürmək istəyən adamsa bacısının əri, bir də onun qardaşıymış. Qızın atasından qalan mülkə, pula sahib olmaq istəyirmişlər. Yasəmənlə atam arasında sevgi başlayır. Aradan təxminən iki il keçir. Yasəmən öz qisasını alır, onu öldürmək istəyənləri zəhərləyir. Atam bu hadisədən çox qorxur. Amma izin itirilməsində Yasəmənə yardım eləyir. Görürlər ki, artıq burda qala bilməyəcəklər.  Cəbrayıl qızla birlikdə Bakıya qayıtmağa qərar verir.


…Həştərxandan cəmi üç stansiya uzaqlaşmışdılar. Cəbrayıl nəsə alsın deyə, qatardan enir. O dəm ara qarışır, atışma düşür. Oğlan bir ağacın arxasında gizlənir. Bir daha geri –qatara qayıtmır. Yasəmənsə Cəbrayılın öldüyünü düşünür.Həyat onları bir də 3 ildən sonra qarşılaşdırır…

Cəbrayıl gecə yarısı Bakı istiqamətinə gedən başqa bir qatara minir. İki gündən sonra 12 il əvvəl ayrıldığı Bakıya yetişir.

…Həmin dövrdə iki rus balasıyla tanış olur, sən demə, onlar Odessadan gələn oğrularmış. Onlardan biriylə -Kolyayla dostlaşır. Bu dostluq sonradan Cəbrayılla kriminal aləmin məşhur oğrusu – Rəşid oğlu Məhərrəmin tanışlığına da səbəb olur. Beləcə, oğru dünyasının qapıları Cəbrayılın üzünə açılır, tezliklə bacarıqlı oğrulardan birinə çevrilir.

– 1935-36-cı illərdə bizim köhnə məhləmiz indiki sirkin yerindəydi. Atam artıq hökumətin qara siyahısında olan məşhur oğrulardanıydı. Kömürçü bazarından aşağı düşəndə onu saxlayırlar. O vaxtlar tez-tez “oblava” olurmuş. Atamı da tutub milisə gətirirlər. Atamın boynunda qızıl zəncirlə asılmış “Quran” olur. Milliyətcə rus olan  milis rəisinin müavini atamın üst-başını yoxlayanda soruşur ki, boynundan asdığın nədir? Atam da cavab verir ki, “Qurandı”. Rus atama bir söz demir. Türk, müsəlman olan rəissə atamla çox ədəbsiz rəftar eləyir, boynundakı “Quran”ı qırıb, ayaqlayır. Atam qəzəblənir, rəislə əlbəyaxa olurlar. Atam ona deyir: “Mən tutulsam da, sonra səni harda görsəm, öldürəcəm”.

Atamı dövlət adamına əl qaldırmaq adıyla bir illik damlayırlar. 5-6 ay yatandan sonra həbsdən qaçır. Günlərin birindəsə  qaş qaralan vaxt evə gələndə qabağına həmin milis rəisi çıxır. Rəis də onu tanıyır, çaş-baş qalır, deyir, ayə, Cəbrayıl, bəs biz səni tutmamışdıq?! Atam da qayıdır ki, sizdən tutmaq, məndən də qaçmaq. Nəysə, bir az söhbət eləyirlər, atam görür, rəis onunla danışa-danışa xəlvətcə əlini tapançasına aparır. Rəis əlini tərpəndincə, atam onu düz alnından vurur. Yadınızdadırsa, filmdə Cəbrayılı sərrast bıçaq atan kimi çəkiblər, atam həm də sərrast güllə atıcısıydı. Onun gülləsindən bir quş da yayına bilməzmiş.

– Bu dəfə də qaçır?

– Həə, cinayətin izini itirib qaçır. Milislər rəisi kimin öldürdüyünü tapa bilmirlər. Axırda, milis rəisinin müavininin- həmin rusun ağlına gəlir ki, bunu öldürsə, Qurd Cəbrayıl öldürəcək. Atamı yenə tuturlar. Rəisin adamlarısa  onu öldürmək istəyirlər. Pulla adam tuturlar ki, məhkəmədən çıxanda onu gülləylə vursunlar. Plan baş tutmur. Sonra rəisin qohumları  öz adamlarını atamın yatdığı həbsxanaya göndərirlər. Bir gün atam əl-üzünü yuyanda ona iki nəfər arxadan  hücum eləyir, bıçaqlayırlar. O da cəld tərpənir, gizlətdiyi bıçaqla adamları vurur. Biri ölür, o biri yaralanır. Amma buna görə atamın işinin üstünə iş gəlmirlər, özünü müdafiə eləyib deyə…

– Atanız “Arxadan vurulan zərbə” filminə baxsaydı, Cəbrayıl obrazını bəyənərdi?

– Yox. Filmdəki Cəbrayıl amansızdır. Amma atam ədalətli, mərd adam olub. Elə ona görə də, həm oğruların, həm də camaatın arasında hörmət qazanmışdı. Oğurladıqlarını bizə xərcləmirdi, kasıblara paylayırdı. Ən məşhur zamanlarında belə, malını-pulunu apardığı adamlarla kişilik şərtləri altında görüşməkdən çəkinmirdi. Həmin adamların çoxu Cəbrayılı ələ vermirdilər.

– Amma 36 il həbsdə yatmalı olub…

– Həə, əslində, 70 ildən çox həbs cəzası alıb, amma 36 ilini yatıb. 4 dəfə həbsxanadan, bir dəfə məhkəmə zalından qaçıb. İki dəfə ölüm cəzasına məhkum edilib, sonradan qərar ləğv olunub. Bank yarıb,  şəhər lombardını oğurlayıb. Böyük oğruluqlar eləyib. O, ən çox ermənilərin, yəhudilərin mağazalarını oğurlayırmış. Ermənilərin qənimiydi, onların ağzı nəydi, birinə bir söz desin. Atamın Stalinlə, Nəriman Nərimanovla da əlaqəsi olub.

– Maraqli taledir, heç inanmaq olmur ki, cinayətkar haqqında danışırıq…

– Düzdü. Özü də, cavanlığında çox səliqəylə geyinərmiş. Heç kəs inanmazmış ki, bu adan cinayətkardı. Anam bizi onunla qorxudurdu. Amma  o, özü bizi vurmurdu. Anamsa  ondan çox çəkinirdi. Atam dünyasını çoxdan dəyişsə də, biz anama harasa getmək lazım olduğunu deyəndə, yenə onun şəklinə baxardı. Elə bil atamdan icazə istəyirdi.

– Ona niyə “Qurd Cəbrayıl” deyirdilər?

– Çox vaxt qurd kimi tək gəzirdi. Həm də çoxbilmişliyinə görə. Ermənilərsə ona “Çornı” deyirdilər. Oğru aləmində “Paxan” idi atam.

– Dünyasını necə dəyişdi?

– Çox rahat. Öz evində, 76 yaşında.

– Heç elədiklərinə peşman olurdu?

– Həə, deyirdi, təzədən dünyaya gəlsəydim, belə yaşamazdım. O həm də rəhmli adam olub. Yadımdadı, saqqız, konfet alıb cibinə tökərdi, məhəlləyə çıxanda uşaqlara paylayardı. Rus, erməni, tatar dillərində də sərbəst danışırdı. Elə ona görə də Rastovdan, Odessadan oğrular gələndə atamı onlarla danışmaq üçün “sxodka”lara aparırmışlar. Savadı yoxuydu, heç qol da çəkə bilmirdi. Amma kitabları sevirdi. Həbsxanada hər gün bir dustaq ona kitab oxuyurmuş. Evdə hələ də atamdanqalma çoxlu kitablar var.

***


…Cəbrayıl Həştərxandan 12 il əvvəl ayrıldığı Bakıya qayıdandan sonra həm göbəkkəsdisi, həm də doğma xalası qızı olan Minəxanımla evlənir. Onda Minəxanım başqa bir qohumuyla nişanlıymış. Qohum-əqrəba görür ki, qızın göbəkkəsdisi gəlib çıxıb, nişanı qaytarıb Minəxanımı Cəbrayıla verirlər.

Cəbrayıl Minəxanımla evlənsə də, Yasəməni unuda bilmir. Bir yandan da vicdan əzabı onu rahat buraxmır. Sən demə, atışma bəhanəymiş, özü qızı Bakıya gətirmək istəmirmiş.

– Atam qatarda fikirləşir ki, mən bu qızı hara aparıram? Atam yox, anam yox, babam da, yəqin, çoxdan ölüb. Harda yaşayacağıq, qohumlar bizi qəbul eləyəcəkmi? Yoldaca fikrini dəyişir, nəsə almaq bəhanəsiylə qatardan düşür. Elə bu zaman da atışma başlayır. Bu atışma atama göydəndüşmə olur. Bir ağacın arxasında gizlənir, bir də geri qayıtmır. Yasəmənsə onu çox gözləyir, elə bilir, Cəbrayıl atışmada ölüb. Kor-peşman Həştərxana qayıdır. Atamsa Bakıya…

Əslində, Cəbrayıl ev-eşik, güzəran dərdi çəkməməliydi. Yasəmən Həştərxandan çıxanda atasından qalan mal-mülkü satıb pula çevirmişdi. Üstəlik, dədə-babadan qalma daş-qaşları da Cəbrayıla etibar eləmişdi. Qadının fikri oydu ki, Bakıda özlərinə yaxşı ev-eşik qursunlar, bir yerdə xoşbəxt yaşasınlar.

…Cəbrayıl qatardan düşəndə qızın daş-qaşları onun cibində qalır. Onları özüylə Bakıya aparır.

– Atam daş-qaşların onda qaldığını sonradan bilib. Heç vaxt da onları xərcləməyib. O, Yasəmənin hesabına yaşamaq istəmirmiş. Elə ona görə də Yasəməni Bakıya gətirməyib. Fikirləşib ki, mən ona heç nə vəd eləyə bilmərəm. Onunsa pulu var, qoy gedib, özünə həyat qursun!

– Məncə, bu, bir az inandırıcı deyil, bəlkə, başqa səbəb də olub?

– Bəlkə də.

– Bəs yenidən necə görüşüblər?

– Atam bir gün yenidən Yasəmənin arxasınca Həştərxana yola düşür. Orda  Yasəməni nə qədər axtarırsa, tapa bilmir. Geri qayıdanda Həştərxandan bir az aralıda yeməkxanaya girir. Yemək sifariş eləyir, görür, bir bığlı kişi ona bayaqdan göz qoyur. Özü də bu kişi Yasəmənə çox oxşayır. Fikirləşir, bəlkə, bu, Yasəmənin qohumudur, onu öldürmək istəyir?

Nə isə, yeməyini yeyib getmək istəyəndə bir nəfər ona yaxınlaşır ki, səni yeməkxananın sahibi yanına çağırır. Atam gedib görür ki, sahibkar bayaq ona göz qoyan bığlı kişidi.  Kişi onu otaqda qoyub çıxır. Aradan bir az keçməmiş içəri bir qadın girir. Atam başını qaldırıb qadının üzünə baxan kimi onu tanıyır. Yəsəmənmiş. Sən demə, elə bayaqkı bığlı kişi də Yasəmənin özüymüş.

– Bəs niyə kişi cildindəymiş?

– O vaxt qadının yeməkxana işlətməyi asan məsələ deyildi axı. Başı dinc olsun deyə, belə eləyirmiş.

– Həə, sonra noolur?

– Yasəmən atama deyir ki, o vaxt sən məni niyə qoyub qaçdın? Deməli, daş-qaşları oğurlamaq istəyirdin? Mən onsuz da onları özümüzçün aparırdım. Bu zaman atam sinəsində gizlətdiyi daş-qaşları çıxardır. Deyir, bax, əlimi də vurmamışam. Sonra hər şeyi ona danışır.

– Evləndiyini də?

– Yox, bunu demir. Amma elə oradaca Yasəmənə deyir, gedək Bakıya, səninlə evlənəcəyəm. Yasəmən də razılaşır. Gəlirlər Bakıya. Yasəmən Bakıda öyrənir ki, Cəbrayıl evliymiş. Amma başqa çarəsi qalmır, anamla bir yerdə yaşamağa məcbur olur.

– Yəqin, çətin yola gediblər?

– Yox, çox mehriban yaşayıblar. Yadımdadır, anam deyərdi, Yasəmən mənə bacıdan artıq olub. O, anama, atama söz gəlməsin deyə, çarşab da örtürmüş. Amma sonra çıxıb getdi.

– Niyə?

– Onun övladı olmadı. Anam qardaşımı qucağına alanda, atam uşaqla oynayanda onun ürəyinə toxunurmuş. Bir gün deyib: “Cəbrayıl, mən gedirəm”. Atam razılaşmayıb. O həbsdə olanda evdən çıxıb.

– Həştərxana qayıdıb?

– Yox, elə Bakıda qalıb. Sonralar atam öyrənib ki, Yasəmən hansısa bağçanın müdiri işləyir. Savadlı qadınıydi, rus dilini gözəl bilirdi. Müharibə dövründə bizim ailə çox pis vəziyyətə düşmüşdü. Həmin dövrdə Yasəmən bizə çox əl tutur, anama pul verir. Amma atamla birdəfəlik qurtarmışdı.

– Yasəmən sonra ailə qurur?

– Həə, amma yenə övladı olmur. O, atamdan tez dünyasını dəyişir. Rəhmətə gedəndə atam qazamatdaydı. Qayıdıb gələndə yenə onu axtardı, öyrəndi ki, özü də, əri də rəhmətə gedib. Atam onu çox sevirdi. Yadımdadır, qoca vaxtında da onun haqqında mənə danışardı, deyərdi, kaş rəssam olardım, onun şəklini çəkərdim. Necə gözəl olduğunu görərdin.

– Atanızda onun fotoşəkli yoxuydu?

– Yox. Atamın dediyinə görə gözəl qadınmış. Atamı ona bağlayan təkcə gözəlliyi deyildi. Anam atamdan 10 yaş kiçik idi. Atam ona uşaq kimi baxırdı. Amma Yasəmənlə yaşıdıydılar.

– Atanız ananızla necə davranırdı?

– Atamın öz qanunları vardı. Anam onları pozanda atam çox qəzəbli olurdu.

– Onlar hansı qanunlarıydı?

– Məsələn, atam evə gələn kimi yeməyi, içməyi stolun üstündə olmalıydı. Köynəyini təmiz, ütülü geyinməliydi. Yadımdadı, köynəyi təmiz olmayanda onu çırıq-çırıq eləyirdi.

-Yazıq ananız!

– Həə, anam atama görə çox əziyyət çəkib. Zarafat deyil, atam 36 ilini həbsdə yaşayıb, anam 5 uşağı tək böyüdüb. Bir də, atam anama çox xəyanət eləyib. Tək Yasəmən olsaydı, dərd yarıydı. Yaman şorgöz kişi olub…

modern.az

Tarix, Vacib

Nəşr edilib: 2019/07/05 18:22

Baxış:10809


XƏBƏR LENTİ

2020/09/18 17:08

2020/09/18 16:47

2020/09/18 16:39

2019/07/05 18:22

2020/09/18 14:46

2020/09/18 14:39

2020/09/18 14:37

2020/09/18 14:36

2020/09/18 14:31

2020/09/18 14:23

2020/09/18 14:17

2020/09/18 13:58

2020/09/18 13:47

2020/09/18 13:40

2020/09/18 13:36

2020/09/18 13:30

2020/09/18 13:27

2020/09/18 13:26

2020/09/18 13:25

2020/09/18 13:20

2020/09/17 17:42

2020/09/17 17:40

2020/09/17 17:05

2020/09/17 16:57

2020/09/17 16:52

2020/09/17 16:48

2020/09/17 16:01

2020/09/17 15:58

2020/09/17 15:56

2020/09/17 13:12

2020/09/17 13:08

2020/09/17 13:06

2020/09/17 13:04

2020/09/17 13:02

2020/09/17 12:57

2020/09/17 12:53

2020/09/17 12:45

2020/09/17 12:40

2020/09/17 12:34

2020/09/17 12:29

2020/09/17 12:27

2020/09/17 12:25

2020/09/17 12:22

2020/09/17 12:17

2020/09/17 12:00

2020/09/17 11:59

2020/09/17 11:55

2020/09/17 11:53

2020/09/17 11:51

2020/09/16 15:42

«Слепой полет» российской дипломатии

Богиню правосудия Фемиду принято изображать с повязкой на глазах. А вот Гермесу, богу торговли и дипломатии, в греческом пантеоне полагалось быть зрячим. Не беремся утверждать, изучали ли в МГИМО эти античные премудрости, но все же хочется надеяться, что сотрудникам МИД РФ своевременно объяснили: дипломатам по штату положено быть информированными. Особенно если они выходят «под камеры» на открытый разговор с прессой. Но тогда как объяснить то, что произошло на недавнем брифинге официального представителя МИД России Марии Захаровой Напомним: у официального представителя российской дипломатии поинтересовались, как МИД РФ может прокомментировать проводимую Арменией политику незаконного заселения оккупированных азербайджанских земель и тот факт, что этнических армян из Ливана переселяют в Шушу, которая имеет для азербайджанского народа большое историческое и духовное значение. Напомнили журналисты и о том, что такая деятельность является грубым нарушением международного гуманитарного права, включая Женевские конвенции 1949 года, особо отметив, что, «согласно четвертой Женевской конвенции о защите гражданского населения во время войны, оккупирующее государство не должно перемещать свое гражданское население на оккупированные ею территории». По сути дела, журналисты сами — сами! — сделали всю работу за МИД РФ, предоставив и факты, и «правовую папку». И что же госпожа Захарова? Официальный представитель МИД РФ, с явным раздражением прочитав азербайджанский вопрос и проворчав, что он-де слишком «длинный», затем просто «поплыла». И начала рассуждать, что, дескать, «мы слышали о намерении де-факто властей Нагорного Карабаха расселить армян, покинувших Ливан, на подконтрольных территориях. Читали сообщение о том, что две ливанские семьи изъявили желание поселиться в Нагорном Карабахе. Проверенными данными о реальном притоке ливанских беженцев в Нагорный Карабах и на территории вокруг него не располагаем». После чего отметила: «Исходим из того, что сейчас надо сконцентрироваться на восстановлении переговорного процесса, направленного на решение нагорно-карабахского вопроса, в том числе проблемы беженцев и перемещенных лиц в регионе» и напомнила о консультациях сопредседателей с главами МИД Азербайджана и Армении. Бывает, конечно, в карьере дипломата «ляпсус». А бывает «ляпсус в энной степени». Россия — страна-посредник в урегулировании армяно-азербайджанского нагорно-карабахского конфликта. Что уже априори предполагает, что ее дипломатам, а тем более споуксвумен МИДа, положено быть в курсе. Особенно по таким вопросам, к которым уже не первую неделю привлекает внимание азербайджанская дипломатия. МИД Азербайджана еще 15 августа распространил спутниковые снимки, доказывающие, что армянские оккупанты строят на захваченных азербайджанских землях. Вопрос с незаконным заселением оккупированных территорий Азербайджан поднимал и поднимает на многих «площадках», в том числе в ПАСЕ. Письмо министра иностранных дел Азербайджана Джейхуна Байрамова генсеку ООН Антонио Гутерришу об агрессивной риторике Армении и ее незаконной деятельности на оккупированных территориях, включая незаконное заселение, распространено в ООН. Наконец, видео и фотографии публиковались и в СМИ. И да, еще такая «вишенка на торте»: границы Армении с Ираном и Турцией и КПП в аэропорту «Звартноц» — под контролем российских пограничников. А координация действий здесь такая, что российские «черные списки» невыездных персон распространяются и на Армению — об этом, в частности, рассказывал украинский политик, депутат Верховной Рады Мустафа Найем. А теперь госпожа Захарова уверяет, что она глубоко не в курсе. Давая сколько угодно поводов для язвительных комментариев в стиле «во всех странах слепая Фемида, а вот в России — госпожа Дипломатия». Ну ладно, не будем слишком строги. Примем во внимание многочисленные перлы народов мудрости в стиле «в жизни всякое бывает, и жук свистит, и бык летает». Предположим, Лубянская площадь не делится информацией со Смоленской площадью. А сама официальный представитель МИД РФ просто за чем-то по-человечески не уследила. Может быть, она брала уроки танцев, изучала фотографии с официальных саммитов, пересматривала голливудскую «киноклассику», «зависала» в соцсетях —да мало ли какие дела могли быть, живой ведь человек. Но и тут не сходится. У госпожи официального представителя была возможность сказать на брифинге, что да, она  не в курсе, но прояснит вопрос и ответит позже, и уж тем более подтвердить, что такая деятельность незаконна. Свериться с текстом Женевских конвенций, да еще с конкретным указанием пункта — на это много времени не требуется. Но госпожа споуксвумен пошла другим путем. И брякнула: да, она слышала и читала, что две армянские семьи из Ливана действительно решили поселиться в Карабахе. Здесь, как бы поделикатнее выразиться, лучше держать в голове одно правило: есть в жизни ситуации, к которым неприменимы понятия «немножко» или «частично». И рассказав о «двух семьях», госпожа Захарова подтвердила: она «в теме». Причем знакома именно с материалами армянских СМИ, а вот с обращениями азербайджанских дипломатов, включая главу МИД, делегатов в ПАСЕ и т.д. — уже нет. И даже подтвержденный армянской стороной факт переселения по крайней мере двух семей не считает поводом для реагирования и выражения своей позиции. А это уже «слепота» особого рода, которая называется «не видеть в упор». И самое главное, происходит это все на весьма неприятном фоне. Совсем недавно азербайджанская общественность была справедливо возмущена сообщениями о том, что в дни армянской вооруженной провокации в Товузе и сразу же после нее из России в Армению было совершено более десятка рейсов военно-транспортных самолетов, которые доставили Еревану в подарок оружие — общим весом в 510 тонн. Совсем недавно прошли совместные российско-армянские учения, где армянские «зинворы» вместе с российскими «гранд-патронами» учились бороться с беспилотниками, десантироваться в тыл «условного противника» и захватывать пленных. Словом, можно представить себе, как накалена атмосфера и какие усилия требуются от дипломатов, чтобы снизить напряженность в двусторонних отношениях и приостановить их дальнейшее «размывание». И вот на фоне такой «электризации» госпожа Захарова выходит к журналистам и заявляет: насчет заявлений МИД Азербайджана и его главы я не в курсе, читала про переселение в армянских СМИ, но реагировать на такое вопиющее нарушение международного гуманитарного права МИД РФ не считает необходимым. И как это понимать? Это просто вопиющий непрофессионализм? Который Москва в ближайшее время постарается дезавуировать и внести ясность в ситуацию? Или же на Смоленской площади просто не считают необходимым работать над сохранением конструктивной атмосферы в отношениях Баку и Москвы? В любом случае мяч сегодня на российской половине поля. А в Баку наблюдают за развитием событий и оставляют за собой право на реакцию и решения. Потому что над добрососедскими отношениями надо работать с обеих сторон. Нурани, политический обозреватель

Переброска террористов в Карабах: армия Азербайджана способна остановить агрессора

Политическое самоубийство целой страны может выглядеть по-разному. В случае с Арменией это — очередная активизация сотрудничества с РКК. Как уже сообщал Minval.az, одновременно с переброской в оккупированный Карабах террористов АСАЛА из Ливана туда же «передислоцируются» и так называемые «силы специального назначения» террористической Рабочей партии Курдистана —РПК или РКК. Кроме того, есть сведения, что при посредничестве посла Армении в Ираке Грачьи Поладяна налажен транзит боевиков РКК по маршруту Сулеймания-Сейран Банд-Керманшах-Карабах. Таким путем на оккупированные азербайджанские земли уже переброшены несколько тысяч боевиков. В Армении, конечно, строят в отношении террористов грандиозные планы. «Воспользоваться боевым опытом» курдских «пешмерга», тесно связанных с РКК, завсегдатай российских ток-шоу Семен Багдасаров советовал ереванским бонзам еще в феврале 2018 года. Неких таинственных «курдов», а точнее, боевиков РКК в Армении видели и позже — в 2019 году, когда они скрывались в Армении от турецких «зачисток». Сегодня турецкие «силовики» вновь проводят операции против РКК, так что боевикам самое время искать укрытия на территории Армении. Нелишне поинтересоваться, как они на эту территорию попадают — границы Армении, напомним в который уже раз, контролирует Россия. Как и планами самого Еревана, где вряд ли ограничатся тем, что организуют террористам приятное пребывание с пикниками и шашлыком — их намерены использовать по прямому назначению. Использовать террор, проиграв на поле боя и не имея шансов на реванш — это «классика жанра». Особенно если вспомнить, что функционеры РКК грозились развязать террор против нефтяной инфраструктуры Азербайджана еще в середине девяностых. А оккупированные земли — это классическая «черная дыра», где не действуют никакие законы, соглашения и международные гарантии. Для размещения баз и лагерей террористов всех мастей — самое оно. Наконец, известно, что «курдские надежды» Еревана не ограничиваются «карабахским фронтом» и даже попытками, пардон, «максимально подгадить» Турции. Есть еще планы перекройки границ на Ближнем Востоке, на что в Армении прозрачно намекали еще в связи со столетним юбилеем соглашения Сайкса-Пико. А теперь от намеков явно перешли к действиям. Из Армении перебрасывают боевиков в Сирию, где они вливаются как раз в состав местного «ответвления» РКК — PYD/YPG. Да и в Эрбиле, столице Иракского Курдистана, Грачья Поладян занимается не только вербовкой боевиков — здесь планируется открыть консульство Армении. А если кто забыл, осенью 2017 года лидеры Иракского Курдистана подняли сепаратистский мятеж и организовали «референдум о независимости Курдистана», рассчитывая прихватить солидный кусок туркоманских земель с богатыми нефтяными месторождениями. Закончилось все, напомним, оглушительным крахом: официальный Багдад после серии уговоров двинул на север войска, США тут же свернули поддержку своих недавних союзников, боевые порядки «пешмерга» рассыпались на удивление быстро…Но вот забыты ли эти планы в Эрбиле, вопрос как минимум неоднозначный. А армянские структуры после Карабаха не так уж редко выступают в роли доноров сепаратистских политтехнологий. Достаточно вспомнить и «батальон имени Баграмяна», воевавший в Абхазии против законных властей Грузии, и вице-спикера крымского парламента Анушавана Данеляна, который бежал из Симферополя еще в девяностые, но вернулся на полуостров как раз накануне его российской аннексии…Плюс ко всему в армянских кругах перманентно вспыхивают разговоры о планах сколотить на Ближнем Востоке этакую «христианскую автономию». Строго говоря, включить в ее состав планируется не только этнических армян, а еще и ассирийцев, арабов-христиан, арамеев и т.д., но в том, что именно себе, любимым, в Ереване отводят главную роль, сомнений нет. Как и в том, что в состав этой самой «христианской автономии» планируется включить и нефтеносные районы. Другой вопрос, что говорить об этом вслух в Ереване не торопятся. Только вот, предаваясь мечтаниям о перекройке границ и на Южном Кавказе, и на Ближнем Востоке, в Армении слишком уж ушли в отрыв от реальности. И забыли о том, что страны региона, и в первую очередь Азербайджан, прекрасно осознают, какую опасность для всех представляет превращение Карабаха в «осиное гнездо» террористов. Вне зависимости от того, кого именно переселяют на оккупированные азербайджанские земли — АСАЛА, РКК, боевиков ИГИЛ, сотрудничать с которыми рекомендовал армянский разведчик и диверсант Вова Вартанов, или «Аль-Каиды», чьи функционеры путешествовали по миру с паспортами Армении — подобная деятельность лишь дает Азербайджану дополнительные основания провести на захваченных землях антитеррористическую «зачистку» и ликвидировать это «осиное гнездо». А теперь — немного «военной конкретики». После разгрома Армении в апреле 2016 года, после постигшей Армению логистической катастрофы в результате Гызылгая-Гюннютской операции, когда в результате успешных операций Азербайджан смог вернуть контроль над стратегически важными территориями и дорогами, наконец, после боев в Товузе, когда армянская армия, возжелав «перерезать трубопроводы», «наступать до Евлаха и Мингечаура» и вообще «пить чай в Баку», была разгромлена и бежала с поля боя, уже нет сомнений, что военно-силовой перевес на стороне Азербайджана. Сегодня даже армянские пропагандисты не решаются повторять мантры насчет фантастической «боеспособности» армянских «зинворов».  Для того, чтобы произвести антитеррористическую «зачистку» в Карабахе, у Вооруженных сил Азербайджана достаточно и сил, и ресурсов, и профессионализма.  Наша армия входит в число сильнейших 50 армий мира, новейшие зенитные комплексы прикрывают наши стратегические объекты, она вооружена современным оружием («Полонезы», «ЛОРА», «Буки», дроны-убийцы и т.д.) , произведенным в России, Беларуси, Израиле, Турции, а оружие, оставшееся еще с советских времен, прошло модернизацию. За последние годы наша страна улучшила стратегические позиции, в результате чего коренным образом изменилась ситуация в военной логистике: основные пути снабжения оккупационной армии в Карабахе — под огневым контролем Азербайджана, и в «день Х» они могут быть легко перерезаны. Кроме того, следует вспомнить и инженерные работы, которые ведет Азербайджан и в непосредственной близости от линии фронта, и в «ближнем тылу», где укрепляются позиции, строятся дороги, возводится инфраструктура — на это все весьма нервозно реагируют в Армении. Где понимают, в какой степени все это меняет расклад сил и как это все сработает при первом же ударе. Наши военнослужащие постоянно повышают свой профессионализм и боеготовность в ежедневных учениях и тренировках для выполнения этой священной миссии – достаточно вспомнить беспрецедентное количество учений, проведенных совместно с Турцией. Так что боевикам всех мастей лучше не строить иллюзий относительно своей «безопасности» и «надежности убежища». Нурани, политический обозреватель 

«Викиликс» в переводе на русский. Какие игры Кремля скрываются за «списком русских агентов в Баку»?

Эту новость еще с вечера горячо обсуждает азербайджанский сектор Фейсбука: центр «Досье», связанный с Михаилом Ходорковским, в рамках своего расследования российского вмешательства во внутренние дела соседних стран опубликовал раздел, посвященный Азербайджану. С главной, так сказать, «изюминкой» — составленным генералом СВР Черновым списком из 76 фамилий тех, кого Кремль счел для себя «перспективными» и с чьей помощью, как уверяют авторы расследования, продвигает здесь свое влияние. А проще говоря, «русских агентов». Такой вот «Викиликс в переводе на русский». Только вот на сей раз имеют место совершенно противоположные «национальные особенности «Викиликса»». Когда рядовой Брэдли Мэннинг, ставший в тюрьме Челси Мэннинг, поделился секретной информацией с Джулианом Ассанжем, это был болезненный удар по Вашингтону. А нынешняя сенсация со «списком российских агентов» представляет собой провокацию уже против Азербайджана. Сказать, что представленный список вызывает сомнения и вопросы — ничего не сказать. Среди 76 названных имен и фамилий можно найти руководителей и сотрудников СМИ, университетских преподавателей, студентов, руководителей экспертных центров и отдельных политологов. Причем далеко не все из них — горячие сторонники дружбы с Россией, как это можно решить из представленной аннотации (не говоря о том, что можно выступать за развитие сотрудничества с РФ, оставаясь при этом искренним патриотом Азербайджана и ни в коей мере не являясь «проплаченным завербованным агентом»). А уж фотография «пророссийского активиста» Исмаила Агакишиева с основателем группы «На-На» Бари Алибасовым — это вообще за гранью понимания. Можно, конечно, отметить, что связанные с Ходорковским структуры вообще работают не очень «чисто». Гибель в ЦАР нашего соотечественника, журналиста Орхана Джемаля и его коллег, которых просто заманили в ловушку — слишком жестокое и красноречивое тому доказательство. Но на сей раз речь о другом. Опубликованный список не несет в себе главную угрозу — он не «засвечивает» реальную российскую агентуру и не раскрывает имен тех, с кем реально сотрудничает российская разведка. В «сенсационном сливе» представлена исключительно медиа-сфера. Здесь нет ни общественных активистов (не считая студентов-волонтеров), ни сотрудников государственных органов, ни военных, получивших, к примеру, образование в Москве, как действующих, так и отставных, притом что Азербайджан — воюющая страна, здесь понятное внимание ко всему, что связано с армией. Если верить сотрудникам центра «Досье», «слившим» этот список, Россию в Азербайджане ну абсолютно не интересуют ни настроения в офицерском корпусе, ни SOCAR (и это на фоне «газовой гонки» в Европе!), ей никакого дела до дипломатического корпуса, азербайджанских спецслужб и азербайджанского ВПК…Словом, вряд ли после такой «утечки» на Лубянке, в Ясенево или в «Аквариуме» на Хорошевском шоссе объявят тревогу и начнут искать «крота». Но в то же время публикация подобного списка — это классический способ запустить в обществе этакую «охоту на ведьм», то есть, пардон, на «российскую агентуру». От которой рукой подать до полномасштабной «раскачки» ситуации в стране — с поиском «врагов», где уже каждый будет составлять собственный список, обвинениями в адрес властей в «нерешительности» (тем более что подобные намеки есть и в тексте самого «Досье»). И то, что опубликован этот список структурами, близкими к Ходорковскому, тоже неудивительно — «список российской агентуры» в Азербайджане вряд ли зачитает в своем эфире Владимир Соловьев. Более того, это не единственный признак намеренной «раскачки». Одновременно в общество вброшена и старательно раздувается еще одна старая и горячая тема — тот самый «русский сектор». Где одни действительно обсуждают разные модели и пути улучшения качества образования,  а другие просто «поддерживают накал» при помощи заведомо провокационных «озвучек». И, наконец, все это происходит на весьма показательном фоне, где присутствуют и старт «Южного газового коридора», и скандал вокруг очередных российских оружейных «подарков» Армении, и многое другое. Строго говоря, даже на фоне такой «наэлектризованности» общественного мнения Азербайджан проявляет выдержку и хладнокровие, не устраивая показного «фестиваля русофобии». И тем более нет никаких проявлений агрессии в отношении собственных граждан, которые — о ужас! — учились на русском языке, любят слушать музыку Чайковского или пить чай с московскими конфетами и тульскими пряниками. И вот это, похоже, кого-то сильно не устроило. Так что теперь в Баку при помощи таких «вбросов» пытаются разжечь страсти — в том числе и для того, чтобы дать повод для вмешательства под предлогом «защиты русскоязычных» или чего-нибудь в том же роде. Так что при всем «топорном уровне» предпринятой провокации вряд ли можно позволить себе недооценивать ее опасность. Нурани, политический обозреватель