“Qurman” restoranında bədbəxt hadisə – Ustanı cərəyan vurdu
Bakıda “Qurman” restoranında təmir işləri zamanı bir nəfər vəfat edib.
Səbail rayon prokurorluğundan “Minval.info”ya verilən məlumata görə, iyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerindəcə keçinib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

