Qusarda hasar uşaqların üstünə uçdu: 1-i öldü, 2-si yaralandı
Qusarda hasarın aşması nəticəsində faciə baş verib.
“Report”un xəbərinə görə, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən, 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.
Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travmasıə alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

