Qusarda əl qumbarası, süngü bıçaq və xeyli sayda sursat aşkarlandı
Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Minval.info-ya verdiyi məlumata görə Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.




XƏBƏR LENTİ
2025/11/19 14:22

