Qvardiola “Liverpul”u təbrik etdi: “Çempionsan!”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqanın V turu çərçivəsində “Norviç”ə məlubiyyətdən (2:3) sonra lider “Liverpul”la aralarında yaranmış 5 xallıq fərqə zarafatla münasibət bildirib.
Belə ki, Qvardiola çempionluq uğrunda əsas rəqiblərini təbrik edib: “Liverpul” səni təbrik edirəm. Çempionsan. İndi sentyabr ayıdı? Nə olsun ki…”
XƏBƏR LENTİ
2025/11/19 14:22

