Qvineyada hökumətin buraxıldığı, sərhədlərin bağlandığı elan edildi
Qvineyada qiyamçıların lideri Mamadi Dumbuya hökumətin buraxıldığını, mövcud konstitusiyanın ləğv olunduğunu elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Guinee News” məlumat yayıb.
Dumbuya video-müraciətində həmçinin bildirib ki, ölkənin bütün quru və hava sərhədləri də bağlanır.
Qeyd edək ki, Qvineya prezidenti Alfa Konde qiyamçılar tərəfindən saxlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

