Ər-arvad münaqişəsi zamanı qayınata yandı

Bakıda ailədaxili münaqişə zamanı bədbəxt hadisə baş verib.
Minval.info -ya daxil olan məlumata görə, hadisə avqustun 3-ü saat 21-00 radələrində Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 5-də baş verib.
Belə ki, Xəlilova Nurənə Elşən qızı həyat yoldaşı, 1989-cu il təvəllüdlü Xəlilov İlyas Vəli oğlu ilə mübahisə edərkən onun atasına məxsus avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib. Bu zaman yanacaq münaqişənin qarşısını almaq istəyən atası 1961-ci il təvəllüdlü Vəli Mənsur oğlunun üzərinə tökülüb .
O, yanıq xəsarəti ilə xəstəxanaya aparılıb. Hazırda vəziyyəti orta ağırdır.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

