Ərəb milyarderin qızıl örtülü maşınları – FOTOLAR
İngiltərənin paytaxtı Londonda yaşayan Səudi ərəbistanlı Turki Binin Abdullanın qızılla örtülmüş maşınları şəhərdə hər kəsin diqqətini cəlb edir.
Minval.İnfo xəbər verir ki, ingilis mətbuatında “ərəb playboy”, “zəngin şeyx” kimi tanıdılan Abdulla bahalı və dəbdəbəli avtomobillərə böyük həvəs göstərdiyini deyir.
Yeni biznes qurmağa hazırlaşan 24 yaşlı gəncin maliyyə mənbəyi atasıdır. Playboy “atam nə istəsəm alır”-deyə, əlavə edib.
Qızılı maşınların sahibi parkinq nəzarətçilərinə hər dəfə ən az 150 manat verir. O, həmçinin dostlarına bahalı hədiyyələr almaqdan da çəkinmir.
Onun kanadalı repçi Drake və amerikalı rep əfsanəsi Dr.Dre ilə çox yaxın dost olduğu deyilir.
Dəniz
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22






















