Ərəb şahzadələrinin narkotik və eyş-işrət məclislərində bitən həyatları – FOTOLAR

Ərəb pleyboylar bunu hər zaman edirlər

Birləşmiş Ərəb Əmirliklərindən Şarikada tac-taxtın varisi kimi göstərilən Şeyx Xalid ibn Sultan əl Kasımi keçən həftə Londonun ən bahalı guşələrindən birindəki mənzilində təşkil olunan seks və narkotik partisinin ardınca ölü tapılıb. Bu faciəvi son bəzi ərəb şahzadələrinin bu günə qədər nəyə görə öldüklərini bir daha yada salır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu günə qədər ərəb şahzadələrlə bağlı belə hekayələr çox yaşanıb. Bir tərəfdə lüks maşınlar, qızıl örtüklü Range Rover’lar, manekenlərlə qrup seks və kokain partiləri, digər tərəfdə isə şəriət rejimi, bunları edənlərin edam cəzasına məhkum edilməsi, ya da ən yaxşı ehtimalla qamçılanıb türmədə yatızdırıldığı ölkələr…

Neft varlısı Körfəz ölkələrini idarə edən şahzadə və şeyxlərin öz ölkələrində qadağan olan hər şeyi xaricdə edən, sərvətləri sayəsində Avropa və Amerikada tamamən lüks, dəbdəbəli bir həyat yaşadıqları ikiüzlü bir dünyadan bəhs edirik.

Əslində modelyer olan Şeyx Xalidin narkotik partisində dünyasını dəyişməsi ailə üçün bir ilk deyil. Böyük qardaşı Şeyx Məhəmməd ibn Sultan əl Kasımi də 1999-cu ildə Sussexdə, ailəsinə aid 3 milyon sterlinq dəyərindəki bir malikânədə, heroindən dozasını aşması nəticəsində həyatını itirmişdi.

Arap playboy’ların gizli yaşamı

Səudiyyə şahzadəsi Navaf əl Saud, bir neçə il öncə Bodrumda digər şeyxlərlə birlikdə manekenlərıə əylənərkən görüntülənmişdi.

İngilis tabloid qəzetləri Şeyx Xalidin daim narkotik və fahişələrin də vazkeçilməz atributlar olduğu, bütün həftə sonu boyunca davam edən partilər təşkil etdiyini yazırdı.

Kasıminin sahibi olduğu kişi geyim markası işçilərinin ifadələrinə görə, BƏƏ şahzadəsi hər həftə sonu ingilis ali sinfinə mənsub gənclərin də aralarında olduğu, eskort qadınlar və dost çevrəsinin iştirakı ilə partilər təşkil edirdi. İşçiləri eyni zamanda bildirib ki, şahzadə cinsi münasibətin müddətini uzatmaq üçün metamfetamindən istifadə edirdi ki, bu da hər kəs tərəfindən bilinirdi.

Ərəb pleyboylar Londonda daha çox Harrods mağazası ilə Dorchester və Claridges otelleri həndəvərində görünürlər. Xüsusən də Qətər, Səudiyyə Ərəbistan, BƏƏ və Küveytdən gələn şahzadələr lüks maşınlarını təxminən 30 min dollar ödəyərək, öz ölkələrindən təyyarə ilə gətizdirirlər. Hətta Qətər Hava Yolları yay aylarında bir hissəsini tamamən ərəb şahzadələrinin lüks maşınlarını Avropa və Amerikaya uçurtmaq üçün ayırır.

Arap playboy’ların gizli yaşamı

Neft varlısı ərəb ölkələrinin pulu nəyə xərcləyəcəkləyəcəyini bilməyən, pulun çoxluğundan çaşan ərəb şeyxləri çox zaman da “mən hamını pulumla satın alaram” havasında olurlar. Bir neçə il bundan öncə 28 yaşındakı Səudiyyə şahzadəsi Macid Abdülaziz əl Saud, Los Ancelesdə, Beverly Hillsdəki malikanəsində çalışan bir qadını cinsi istismar etdiyi üçün həbs olunmuşdu. Bu hadisənin ardınca evdə təmilik işləri görən daha üç qadın əl Saud haqqında cinsi istismar şikayəti ilə məhkəməyə müraciət edib. Qadınlar üç gün boyunca onları evə qapadıb, zorla narkotik maddə verərək, cinsi istismar edən şahzadəyə hər nə qədər etiraz etsələr də, dayanması üçün yalvarsalar da, sonucu onlara “siz qadın deyilsiniz! Siz bir heçsiniz. Mən şahzadəyəm və kimsə mənə heç nə edə bilməz” deyə qışqırdığını bildiriblər.

Ondan bir neçə ay ay öncə İngiltərədə Şahzadə Herrinin məktəbi olaraq bilinən Sandhurst Hərbi Akademiyasından məzun olan milyarder Dubay şahzadəsi Şeyx Rəşid ibn Məhəmməd ibn Rəşid əl Maktum da, iddialara görə, yenə narkotik maddələrə görə, 33 yaşında dünyasını dəyişib.

Arap playboy’ların gizli yaşamı

Ərəb şeyxlərinin “partiləmək eşqi” sadəcə Avropaya yox, Türkiyəyə də sıçrayıb.

Bundan bir neçə il öncə ultra lüks yaxtasını Bodrumda saxlayan Səudiyyə Ərəbistan şahzadəsi Navaf Əl Saud, burada digər şahzadə və şeyxlərlə birlikdə manekenlərlə əylənib ətrafa pul səpələyərkən fotoları çəkilmişdi.

Dünya, Vacib

Nəşr edilib: 2019/07/07 16:51

Baxış: 2173


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06