Rəsul Çunayevin rütbəsi artırıldı – FOTO
Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayevin rütbəsi artırılıb.
Minval.info bildirir ki, bu barədə tanınmış idmançı özü məlumat verib.
“Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevinsərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi – 18-08-2018.
Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram”, – R.Çunayev sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, idmançı 3 il öncə leytenant rütbəsi alıb.

XƏBƏR LENTİ
2025/11/19 14:22

