Rəvan Qarayevin dəbdəbəli bağ evi – FOTO
ATV-də yayımlanan “Bağ mövsümü” verilişi müğənni Rəvan Qarayevin bağında qonaq olub.
Minval.info axşam.az-a istinadən bildirir ki, sənətçi dəbdəbəli, üçmərtəbəli evini ilk dəfə nümayiş etdirib.
Rəvan bildirib ki, 3 ildir bağını tikdirib. O, aparıcı Murad Əzimzadənin “Nə qədər pul xərcləmisən, 100 min olar?” sualına belə cavab verib:
“Bu bağ üçün 100 min nə puldur ki… Çox pulum gedib. Həm də bağı saxlamaq çətindir”.
Rəvan daha sonra bağında saxladığı quşları göstərib. O, tovuzquşunun 2000, digər quşların isə birinin 400 manat qiyməti olduğunu deyib. Sənətçi bildirib ki, quşları çox sevir və bağında hər növünü saxlayır.







XƏBƏR LENTİ
2025/11/19 14:22

