Rafet El Romanla dodaq-dodağa yaxalandı, “başqasıyla nişanlıyam” dedi
Türkiyəli müğənni Rafet El Romanla öpüşdüyü vaxt fotoları yayılan gənc qadın canlı yayıma bağlanaraq xəbərlərə aydınlıq gətirib.“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, fotolara etiraz edib və görüntülərin yalan olduğunu deyib. “Mən nişanlıyam. O şəkillər tamamilə yanlış zamanda çəkilib. Biz yanaq-yanağa salamlaşarkən, fotolar çəkilib. Lakin bunu dodaq-dodağa öpüşmək kimi qələmə veriblər. Rafet bəyin səsini çox bəyənirəm, ona görə də onu qucaqlamışam. Yaşım da 20 deyik, 31-dir. Rafetin qızları ilə rəfiqəyəm”, – deyə qadın açıqlamasında bildirib.
Verilişin aparıcısı isə “Rafetin dodaqları sənin dodaqlarındadır, necə olur ki, yalan olur” deyə etiraz edib.
Gənc qadın aparıcının sualına “biz dostuq” deyə cavab verib: “Nişanlım da bu dəqiqə yanımdadır. Rafetlə aramızda qətiyyən səmimi bir münasibət yoxdur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

