Rahib gəlinlərin dekoltesi ilə varlanmaq istədi

Venesiyalı rahib Kristiano Bobbo açıq-saçıq gəlinliklərə vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.
Oxu.Az “The Telegraph”-a istinadən xəbər verir ki, buna səbəb son zamanlar qızların nikah mərasimlərində dərin dekolte olan geyimlərə üstünlük verməsidir.
Bobbo bunu kilsədə keçirilən mərasimlərə yaraşdırmadığını və bu səbəbdən açıq-saçıq gəlinliklərə vergi tətbiq edilməsini məqsədəuyğun sayıb.
Təşəbbüsünü zarafatyana təxribat kimi qiymətləndirən rahibin fikrincə, dekolte nə qədər dərin olsa, bir o qədər çox vergi ödənilməlidir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

