Ramalın seçimi təəccübləndirdi: Onun üçün “Maşın” əldən getdi
“Maşın şou”nun növbəti yarışma günü baş tutub.
Musavat.com xəbər verir ki, şouda iştirakçıların səsverməsi nəticəsində müğənni Ramal İsrafilov səsverməyə çıxıb. O, oyun boyu hədəfini açıqlamayıb. Müğənni Niyam Salami isə sonda hər kəsi təəccübləndirəcək açıqlama verəcəyini deyib.
82.27 faiz toplayan Ramal oyunda qalıb. Onun seçimi gözlənilməz olub. Ramal qadınları şoudan uzaqlaşdırmaq istəmədiyini deyib və aktyor Məcid Hüseynovu “Maşın” dan uzaqlaşdırıb.
Artıq “Maskarad” adlı yarışda 8 iştirakçı maşın uğrunda mübarizə aparacaq. Onlar aşağıda adları qeyd olunanlardır:
Xalq artisti Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Niyam Salami, Ramal İsrafilov, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva, aktrisa Zümrüd Qasımova,
XƏBƏR LENTİ
2025/11/19 14:22

