Ramazan ayının başlanması ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib.
“Minval.info” xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi səbəbindən Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

