Ramil Usubov polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi
Daxili işlər orqanlarında daha bir təyinat olub.
Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.
Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

