Ramil Usubovdan yeni polis rəisi TƏYİNATI
Lerik Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
Minval.info “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis polkovniki Ayaz Cəfərov təyin olunub.
Xatırladaq ki, A.Cəfərov bir neçə ay əvvəl İmişlı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılmışdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

