Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.
Minval.info xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak edirlər.
Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.
Təklif qəbul olunub və səsverməyə qoyularaq Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

