Ramos 1 milyard avro cərimələnə bilər
Misirli vəkil Bassem Vəhba Madridin “Real” klubunun futbolçusu Serxio Ramosa qarşı bir milyard avro həcmində təzminat davası açıb.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil yazıb:
“Ramos qəsdən Salahı zədələyib, buna görə də cəzalandırılmalıdır. FİFA-ya şikayət edərək iddia qaldırmışam. Ramosun Salah və Misir xalqına fiziki və psixoloji cəhətdən zərbə vurması ilə bağlı həcmi bir milyard avro təşkil edən təzminat tələb edirəm”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

