Rauf Arifoğlu Mirtağı məscidində cümə namazına qatıldı, məsciddə aparılan təmir işləri ilə tanış oldu – FOTOLAR, VİDEO

Fevral ayının 7-də 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu növbəti dəfə Mir Tağı məscidində cümə namazına qatılıb, dini icmanın üzvləri ilə görüşüb. Namazdan öncə Rauf Arifoğlu cümə namazında iştirak edən möminlərlə söhbət edib, onların durumu, problemləri ilə maraqlanıb.

Söhbət əsnasında məscidin axundu Seyyid Mircəfər Ağa Rauf Arifoğluna seçkilərdə uğurlar diləyib. Həmçinin məscidin təmirə ehtiyacı olması haqqında Musavat.com saytında reportaj yayımlandıqdan sonra, tikinti işlərinə icazə alınması və iş adamlarının dəstəyi ilə işlərin bir qisminin xərclərinin ödənilməsindən dolayı Rauf Arifoğluna təşəkkürünü bildirib.

O, qeyd edib ki, artıq məscidin həyətinin betonlanması işləri yekunlaşıb, növbəti mərhələdə üstünün dəmir konstruksiyalardan ibarət çardaqla örtülməsi istiqamətində iş aparılacaq.

Fevral ayının 9-da Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini xatırladan axund, dindarları səsvermə hüququna sahib çıxmağa, səsvermədə iştirak etməyə, ölkədə demokratik seçkinin keçirilməsi üçün vətəndaşlıq borcunu yerinə yetirməyə çağırıb.

Daha sonra R.Arifoğlu və tərəfdarları dini icmanın üzvləri ilə birgə məsciddə cümə namazı qılıb, məsciddə xalqın, dövlətin inkişafı, torpaqlarımızın işğaldan azad olunması üçün dualar oxunub.

Nərgiz LİFTİYEVA,
Məhəmməd TÜRKMƏN

Seçki

Nəşr edilib: 2020/02/07 17:15

Baxış: 91


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06