Rauf Arifoğlunun 30 illik vəkilliyi, 35-ci dairə və…

“Yeni Müsavat” ailəsi seçki prosesinə qoşuldu. Baş redaktorumuz, dostumuz Rauf Arifoğlu deputatlığa namizədliyin açıqladı. 

Əslində, gözlənilməz deyildi. O baxımdan ki, Rauf bəy parlamentdə təmsilçiliyə haqq edən şəxslərdəndir. Zatən 30 ildir xalqına, dövlətinə xidmət, vəkillik edir. Sovet rejiminin ən qəddarlaşmış vaxtlarında sözün əsl mənasında qanını qaşığa qoyaraq, xalq, dövlət müstəqilliyi üçün mücadilə başladan şəxslərdəndir. Hərəkatın ilk fəallarındadır, insanlar hətta evində sovet rejiminin əleyhinə danışmağa qorxduğu bir vaxtda 1989-cu ildə “Yeni Müsavat”ı təsis edib, müstəqillik çağırışları edib, xalqın SSRİ zülmündən xilası üçün döyüşüb.

Paralel olaraq birinci Qarabağ müharibəsinə qoşulub. Özü də həm silahla, həm də qələmi ilə. Batalyonlar qurub, silah təchizatı, Türkiyə zabitlərinin Azərbaycan döyüşçülərinə təlim keçməsi üçün olduqca mühüm addımlar atıb.

Xalqın dərd-sərinin bütün dönəmlərdə lazımi ünvanlara çatdırılması üçün çalışıb. Azərbaycanda müstəqil media ənənəsinin əsasını qoyub və həmin missiyası üzrə bu gün də davam edir.

Əlbəttə, daim siyasi proseslərin də orbitində olub, bir çox hallarda siyasi gündəmi də özü formalaşdırıb. Xalqa, dövlətə kifayət qədər xidmətləri, daim millətin, dövlətin maraqları üzərindən düşünməsi ilə yanaşı siyasi təcrübəsi də aydın və vacib məsələdir.

Daha öncəki seçkilərdə də Rauf Arifoğlu deputatlığa namizədliyini verib. De-fakto xalqın səsini alsa da, indi artıq tamamən geridə qalan və ətrafında müzakirə açılmasına ehtiyac olmayan səbəblərdən parlamentdə təmsilçiliyi rəsmiləşməyib.

İndi tamamilə fərqli – Prezident İlham Əliyevin apardığı köklü islahatlar nəticəsində yenilənmiş Azərbaycan və siyasi mühit var qarşımızda. Dövlət idarəçiliyi, yanaşmalar əvvəlki deyil və seçkidə iştirak edib, parlamentdə təmsilçilik əldə etmək üçün uyğun, münbit şərait yetişib. Əlbəttə ki, istənilən şəraitdə asan deyil seçkiyə qoşulmaq və seçki prosesi aparmaq. Lakin Rauf Arifoğlu üçün çox möhtəşəm bir kampaniya aparmaq qətiyyən çətin olmayacaq. Onun həm personası, nüfuzu, həm də başında dayandığı güclü bir “Yeni Müsavat” ailəsi ilə biz bu işi bacaracağıq və əminik ki, 9 fevralda 35-ci seçki dairəsində qələbə bizim olacaq…

Çox maraqlı bir hadisəni də müşahidə etməkdəyik. Bugünədək yüzlərlə şəxs – onların içərisində partiya sədri, keçmiş nazir, keçmiş deputatlar, redaktorlar deputatlığa namizədliyi açıqlayıb. Lakin bunların heç birinin üzərindən sosial şəbəkələrdə, mediada müzakirələr açılmayıb, sakit bir prosedur olaraq işlərini həyata keçiriblər. Rauf Arifoğlu Xətai 35 saylı 3-cü Seçki Dairəsindən namizədliyi irəli sürməsi isə böyük bir hadisəyə çevrildi: 5 dəqiqə sonra isə sosial şəbəkələr “partladı”, saytların demək olar ki, hamısı yazdı, müzakirə açdılar.

Səbəb çox sadədir: Rauf Arifoğlu Azərbaycan cəmiyyətində, ictimai-siyasi həyatda əhəmiyyətli bir fiqurdur, kifayət qədər tanınan isimdir. Əlbəttə ki, əksəriyyət uğurlar dilədi, dəstəklədi, bacardığı köməyi edəcəyini bildirdi.

Təbii ki, zaman-zaman “Yeni Müsavat”ın uğurlarından narahat olanlar da içlərini növbəti dəfə açıb-tökdülər. Onları da anlamaq mümkündür, adətən, uğursuz adamlar uğura doğru addımlayanlara daş atır – paxıllıq, şəxsiyyət problemi və s…

Və kiçik bir qrup da ortaya çıxdı facebookda. Nə vaxtsa 35 saylı dairədən namizəd olmuş İqbal Ağazadə və tərəfdarları zaman-zaman insan haqları “carçıları”, sivil mübarizə “aşiqləri” olmalarına rəğmən, belə bir fon yaratmağa çalışdılar ki, sanki bu dairəni özəlləşdiriblər. Hansı ki, bu dairədən sonuncu deputat Araz Əlizadə olub. İqbal Ağazadə isə sonuncu dəfə namizədliyi Ağdaş rayonundan irəli sürmüşdü.

“Xətai 35 saylı 3-cü Seçki Dairəsi yalnız mənimdir, heç kim bura gəlməsin” iddiası bir siyasətçiyə qətiyyən yaraşmazdı, amma hörmətli Ümid Partiyasının sədri və onun yaxın ətrafı bunu təhqir, söyüşlü ifadələrlə car çəkir.

Reallıq budur: Rauf Arifoğlu özünə uyğun, qələbə çalacağı dairəni müəyyən edib və namizədliyini verib. Özünə, komandasına əmin olmasaydı, bunu etməzdi. Başa düşürük, çox güclü rəqibdir, ancaq qarşı tərəf də özünə arxayındırsa, sivil şəkildə bir kampaniya aparsın, ortaya bir demokratik seçki (axı uzun illərdir demokratiyadan, insan haqlarından, seçki mədəniyyətindən danışırsınız) ənənəsi qoysun. Bunun əvəzində təhqir, böhtan kampaniyası başlatmaq bəri başdan uduzduğunu boynuna almaqdır. Əlbəttə, hansısa xoş olmayan, böhtan sözlər yazılacaqsa, biz sadəcə faktları sadalayacağıq, insanlara özlərini görmək üçün ayna tutacağıq, peşman edəcəyik. Hər kəsi səsini qaldırdığı halda yerində oturdacaq qədər təcrübəmiz, bilgilərimiz var.

Bizim özümüzün kimsəylə işimiz yoxdur. Bizim yalnız Rauf Arifoğlunun yüksək səviyyədə kampaniyasını aparmaq və qələbəsini sivil qaydada təmin etmək marağımız var. Biz öz işimizi görəcəyik. Təbii ki, daş atanları da cavabsız qoymamaqla…

Elşad Məmmədli

Ölkə

Nəşr edilib: 2019/12/23 16:27

Baxış: 230


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06