Rauf Məmmədov Avropa çempionatında liderliyə yüksəlib

İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib.
Minval.info oxu.az-a istinadla xəbər verir ki, qitə birinciliyində Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb.
Rəqibi fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.
Digər şahmatçılarımız – Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.
Qeyd edək ki, 6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

