Rauf Talışinski vəfat edib
“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.
Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.
Rauf Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru olub. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.(apa)
Allah rəhmət eləsin.
XƏBƏR LENTİ
2025/11/19 14:22

