Rayon icra hakimiyyətinin anbarı qarət olundu

Lənkəranda icra hakimiyyətinin anbarından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən xəbərə görə, rayon ərazisində bir sexdən dril və laqunda, rayon İcra Hakimiyyətinin şəhər İşıqlandırma Müəssisəsinə məxsus anbardan 1100 manat dəyərində təmir-tikinti aləti, 100 metr kabel və 10 ədəd lampa oğurlanıb.
Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini N.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

