Ərbili məhkəməyə verən Ecenin 2 milyonluq cipi – Foto

Türkiyəli müğənni Ece Ronayın yeni maşını diqqət çəkib.
Minval.info xəbər verir ki, ifaçı özünə 2 milyon lirə dəyərində lüks cip alıb. O, avtomobilin fotosunu instaqram hesabında payalaşaraq doğum günü hədiyyəsi olduğunu bildirib:
“Bu maşını özümə ad günü hədiyyəsi kimi aldım. Görün necə gözəldir, necə şirindir… Almağımın hələ yarım saatı olmayıb”.
Qeyd edək ki, Ece şoumen Mehmet Əli Ərbilin sosial media hesabından ona əxlaqsız ismarışlar yazdığını iddia edərək məhkəməyə verib.

Nərminə Aydınqızı
XƏBƏR LENTİ
2025/11/19 14:22

