Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ATV və “A Haber” telekanallarının ortaq yayımında qonaq olub.
“Minval.info” xəbər verir ki, Türkiyənin dövlət başçısı AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bildirib.
Romada İtaliya ilə oyunu izləməyəcəyini açıqlayan Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə bu barədə danışdığını qeyd edib:
“Bu da qəribə işdir – İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Digər iki matçımızı Bakıda keçirəcəyik. Romaya getməyə bilərəm.Digər 2 görüş Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Gözləyir. İnşallah, ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.
Xatırladaq ki, Türkiyə millisi AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.

