Ərdoğan məşhur futbolçunun nikah şahidi olacaq
Futbol üzrə Türkiyə millisinin üzvü Arda Turanın toyu olacaq.
Minval.info xəbər verir ki, futbolçu iki ildən çox münasibətdə olduğu xanımla nikaha girəcək. O, Aslıhan Doğanlar bu gün ailə həyatı quracaq.
Arda Turanın nikah şahidinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olacağı bildirilir.
Xatırladaq ki, futbolçu ilə sevgilisi ötən həftə nişanlanıb.
A.Turan Türkiyə əsgərlərinin Afrində hərbi əməliyyatlar apardığı üçün nikah mərasimini ertələyəcəyini demişdi.
Sani / Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

