Ərdoğan səlahiyyətlərini köməkçisinə təhvil verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini köməkçisi, vitse-prezident Fuad Oqtaya təhvil verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Resmi gazete”də dərc olunan qərarda deyilib.
“7-8 oktyabr 2019-cu il tarixlərində Serbiyaya səfər edəcəyimdən qayıdana qədər səlahiyyətlərimi Türkiyə Cümhuriyyəti Konstitusiyasının 106-cı maddəsinə əsasən, Prezident köməkçisi Fuad Oqtaya həvalə edirəm”, -deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
2025/11/19 14:22

