Ərdoğanın başına silah dirənən filmin rejissoru həbs edildi
“Ölkə.Az” xəbər verir ki, məhkəmənin hökmü ilə rejissor 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Prokuror ona 15 ildən 22.5 ilə qədər həbs cəzası tələb etmişdi.
İstanbulun ağır cinayətlər məhkəməsində keçirilən prosesdə rejissor vəkilləri ilə iştirak edib. Prosesdə çıxış edən Əli bildirib ki, film 15 iyul qiyamından bəhs edir:
“Bu film qiyam olsa, necə olardı, onu izah edir. Bir nəfərlik kişi deyil. Məsələn, körpünü bağlayanda polis müdiri kömək etdi. Küçədəki uşaqdan da soruşsaq, qiyamın hədəfinin Ərdoğan olduğunu deyər. Əgər terror propoqandası aparsaydım, Ərdoğanı namaz qılan yerdə yox, qaçarkən canlandırardım”.
Filmdə subliminal mesaj verildiyi iddiasını qəbul etməyən Avcı deyib:
Bunu sübut etsinlər, ömürlük həbs yatmağa razıyam”.

XƏBƏR LENTİ
2025/11/19 14:22


